Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Avropa Təamları Festivalı” keçiriləcək.
Turizmplus.az xəbər verir ki, artıq dördüncü dəfə təşkil olunan festival 3 oktyabr saat 12:00-da Bakıdakı Avropa Oyunları Parkında, Su İdmanı Sarayının qarşısında baş tutacaq.
Festival çərçivəsində Avropa ölkələrinin milli mətbəxləri, mədəniyyəti və ənənələri təqdim olunacaq. Ziyarətçilər müxtəlif Avropa təamlarını dadmaq, kulinariya ustad dərslərində iştirak etmək və fərqli mədəniyyətlərlə tanış olmaq imkanı əldə edəcəklər.
Tədbir proqramına böyüklər üçün kulinariya müsabiqəsi, uşaqlar üçün rəsm müsabiqəsi, viktorinalar, hədiyyələr və musiqi proqramı da daxildir.
Kulinariya müsabiqəsində iştirak etmək istəyənlər 055 310 19 90, uşaqların rəsm müsabiqəsində iştirakı ilə bağlı isə +994 55 828 32 89 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

