Dünyanın aparıcı turizm şirkətləri və sənaye nümayəndələri 14–17 sentyabr tarixlərində Dubayda keçirilən Arabian Travel Market (ATM) 2026 sərgisində bir araya gəlib.
Turizmplus.az xəbər verir ki, beynəlxalq turizm sərgisində səyahət sənayesinin gələcəyi, süni intellekt, rəqəmsal transformasiya və yeni turizm imkanları əsas müzakirə mövzuları sırasındadır.
Bu il 33-cü dəfə təşkil olunan sərgi “Travel 2040: Driving New Frontiers Through Innovation and Technology” şüarı ilə keçirilir. Tədbirdə turizm şirkətləri, aviaşirkətlər, hotel qrupları və digər sənaye nümayəndələri arasında əməkdaşlıq imkanları müzakirə olunur.
Sərgidə süni intellektin turizm sektoruna təsiri, hotelçilikdə texnoloji yeniliklər, aviasiya və gələcəyin səyahət tendensiyaları ilə bağlı təqdimatlar keçirilir.
ATM Dubai 2026 çərçivəsində Emaar Hospitality də BƏƏ və Səudiyyə Ərəbistanında yeni hotel layihələri barədə məlumat təqdim edib.
Azərbaycan turizm şirkətləri üçün də mühüm beynəlxalq platforma hesab olunan sərgi 17 sentyabradək davam edəcək.

