Abu-Dabidə 4 yeni hotel açılacaq – TARİXLƏR
Abu-Dabinin hotel və turizm sektoru inkişafını davam etdirir. Növbəti illərdə şəhərdə bir sıra yeni hotel və resortların fəaliyyətə başlaması gözlənilir.
Turizmplus.az xəbər verir ki, Mondrian Abu Dhabi hotelinin 2026-cı ilin sonlarında açılması planlaşdırılır. Sahil ərazisində yerləşəcək hotel lüks həyat tərzi konsepsiyası ilə fəaliyyət göstərəcək.
The Mangroves Abu Dhabi, LXR Hotels & Resorts resortunun da 2026-cı ilin sonlarında istifadəyə verilməsi gözlənilir. Layihə Şərq Mangrovlarının əhatəsində yerləşəcək.
Olympia Resort Abu Dhabinin 2026-cı ildə Hudayriyat adasında fəaliyyətə başlaması planlaşdırılır. Resort sağlamlıq və aktiv həyat tərzi konsepsiyasına fokuslanacaq.
Nobu Hotel Abu Dhabi isə Saadiyat adasında yerləşəcək. Lüks sahil hotelinin 2027-ci ildə açılması gözlənilir.
Yeni layihələrin Abu-Dabinin turizm imkanlarını genişləndirəcəyi və şəhərin hotel sektoruna əlavə dinamika gətirəcəyi bildirilir.

