“Courtyard by Marriott Baku” oteli Marriott International brendləri arasında EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionu üzrə dayanıqlılıq istiqamətində ən yüksək nəticə göstərən otel nominasiyasına layiq görülüb.
Turizmplus.az xəbər verir ki, bu barədə otelin Baş Meneceri Türksoy Mursakulov sosial şəbəkə hesabında paylaşım edib.
“Bu uğur, otelin Mühəndislik direktoru Fikrət Fərəcullayev və onun rəhbərlik etdiyi komandanın enerji səmərəliliyi, innovativ texniki həllər və əməliyyat mükəmməlliyi istiqamətində göstərdiyi yorulmaz səylərin nəticəsidir.
Eyni zamanda HSE meneceri Elman Hacıyev də “Green Key” təşəbbüslərinin otelin bütün fəaliyyət sahələrinə inteqrasiyasında göstərdiyi dəyərli dəstəyə görə xüsusi təşəkkürə layiq görülüb”, – deyə paylaşımda qeyd olunub.

