2026-cı ildə bir sıra ölkələrə vizasız gedə bilərik – AÇIQLAMA

Dekabr 27, 2025 10:51 / 79
2026-cı ildə bir sıra ölkələrə vizasız gedə bilərik – AÇIQLAMA
A-
A
A+

“Vətəndaşlarımızın xarici ölkələrə gediş-gəlişini sadələşdirmək üçün ölkələrin sayının artırılması istiqamətində Xarici İşlər Nazirliyi mütəmadi fəaliyyət göstərir”.

cbx-add

Turizmplus.az Operativ Mediaya istinadən xəbər verir ki, bunu  xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

“Bir tərəfdən bizim vətəndaşlar üçün gediş-gəliş sadələşdirilsin, digər tərəfdən ölkəmizə  hansı ölkələrin vətəndaşlarının vizasız gəlməsinə icazə verməyimiz var. Bunlar hamısı təklif edilir və qarşılıqlı prinsiplər əsasında bütün elekmentlər nəzərə alınmaqla bu ölkərin sayında artım müşahidə edirik.

Yalnız 2025-ci ildə biz diplomatik pasport sahiblərinin vizadan azad olunmasına dair müxtəlif ölkələrlə 10 saziş imzalamışıq.

Hazırda 5 ölkə ilə vizadan azad olunma barədə razılaşmalar gedir. Əminəm ki, 2026-cı ildə də əlavə ölkələrin vizadan azad olunmasının şahidi olacağıq”, – deyə nazir qeyd edib.

Oxşar xəbərlər