2025-ci ilin oktyabr ayında Azərbaycanda bu tədbirlər və festivallar keçiriləcək – SİYAHI

Oktyabr 1, 2025 13:23 / 486
2025-ci ilin oktyabr ayında Azərbaycanda bu tədbirlər və festivallar keçiriləcək – SİYAHI
A-
A
A+

Oktyabr ayı Azərbaycanda idman, musiqi, incəsənət və mədəniyyət tədbirləri ilə zəngindir. Ay ərzində yerli və beynəlxalq miqyaslı maraqlı festivallar və yarışlar keçiriləcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, Sentyabrın 28-dən oktyabrın 8-dək keçirilən III MDB Oyunlarından sonra, 4-5 oktyabr tarixlərində Şamaxıda Azərbaycanda ilk dəfə beynəlxalq BBQ Festivalı, oktyabrın 5-də avtomobil həvəskarlarını Bakıda Tokyo Drift Azerbaijan gözləyir. Oktyabrın 11-də isə Şəkidə ənənəvi Terra Madre festivalı baş tutacaq.

Oktyabr ayında Qəbələnin Abqora kəndində maraqlı bir ənənəyə çevrilmiş Abqora Barbükü Festivalı da keçiriləcək. Festival çərçivəsində açıq havada barbekü yarışları, kulinariya təqdimatları və musiqili əyləncə proqramları təşkil olunacaq.

Musiqi sevərlərin səbirsizliklə gözlədiyi 20-ci Bakı Caz Festivalı 24–31 oktyabr tarixlərində keçiriləcək. Həmin tarixlərdə start götürəcək Şapito Sirk tamaşaları isə 30 noyabra qədər davam edəcək. İncəsənət sevərlər isə 31 oktyabrdan 16 noyabra qədər keçiriləcək Bakı Beynəlxalq İncəsənət Festivalını izləyə biləcəklər.

Bütün bu tədbirlərə biletləri iticket.az saytından əldə etmək mümkündür.

Oxşar xəbərlər