2025-ci ildə Azərbaycandan və Azərbaycana səfər edənləri sayı AÇIQLANIB

Yanvar 23, 2026 15:13 / 79
2025-ci ildə Azərbaycandan və Azərbaycana səfər edənləri sayı AÇIQLANIB
A-
A
A+

2025-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2 milyon 109,9 min nəfər olub.

cbx-add

Turizmplus.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşların 41,2 %-i Türkiyəyə, 14,5 %-i Rusiyaya, 10,7 %-i Gürcüstana, 9,7 %-i İrana, 23,9 %-i digər ölkələrə səfər edib, 63,5 %-ini kişilər, 36,5 %-ini qadınlar təşkil edib.

İl ərzində Gürcüstana gedənlərin sayı 20,4 %, İrana gedənlərin sayı 9,2 % artıb, Rusiyaya gedənlərin sayı 31,5 %, Türkiyəyə gedənlərin sayı isə 1,6 % azalıb.

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6 %-i hava, 28,5 %-i dəmir yolu və avtomobil, 1,9 %-i isə dəniz nəqliyyatından istifadə edib.

2025-ci ildə Azərbaycana 189 ölkədən 2 milyon 570,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 23,9 %-i Rusiya, 17,7 %-i Türkiyə, 8,1 %-i İran, 6,5 %-i Hindistan, 4,3 %-i Gürcüstan, 4,1 %-i Səudiyyə Ərəbistanı, 4 %-i Qazaxıstan, 3,5 %-i Pakistan, 2,7 %-i İsrail, 2,5 %-i Çin, 2,4 %-i Özbəkistan, 1,7 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər biri 1 % olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 %-i digər ölkələrin vətəndaşları olub, 67 %-ini kişilər, 33 %-ini qadınlar təşkil edib.

İl ərzində İsraildən gələnlərin sayı 2,4 dəfə, Tacikistandan – 1,6 dəfə, İordaniyadan – 49,9 %, Çindən – 41,7 %, Özbəkistandan – 34,3 %, Qırğızıstandan – 33,7 %, Niderlanddan – 27,5 %, Yaponiyadan – 25,8 %, Qazaxıstandan – 20,1 %, İtaliyadan – 13,7 %, Pakistandan – 12,5 %, Almaniyadan – 11,1 % artıb.

O cümlədən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7 % artaraq 120,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,4 % azalaraq 414,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 % azalaraq 865,7 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 2 % artaraq 1 milyon 169,6 min nəfər təşkil edib.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,8 %-i hava, 22,9 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Oxşar xəbərlər