10 mindən çox hotel “Booking.com”la bağlı məhkəməyə müraciət edib

Booking.com Avropada 10 mindən çox otelin açdığı toplu iddia ilə üz-üzə qalıb.

Turizmplus.az xəbər verir ki, Hotrec-in (Hotels, Restaurants & Cafés in Europe) təşəbbüsü və 30 ölkənin otel birliklərinin dəstəyi ilə açılan iddia, şirkətin 2004–2024-cü illər arasında tətbiq etdiyi “ən yaxşı qiymət” şərtlərinin rəqabəti pozduğu və otellərə ziyan vurduğu iddiasına əsaslanır.
Bu şərtlərin otellərin öz rəsmi saytlarında və ya digər platformalarda daha aşağı qiymət təklif etməsinə mane olduğu irəli sürülür.
2024-cü ildə Avropa Ədalət Məhkəməsi bu maddələrin AB rəqabət hüququna tabe olduğunu qərara almışdı. Hotrec, məhkəmə prosesinin Amsterdamda keçiriləcəyini və bu işin indiyə qədər sektorda görülən ən böyük iddialardan biri olacağını bildirir.
Booking.com isə ittihamları “yanıltıcı” adlandıraraq, hələ rəsmi məhkəmə bildirişi almadığını və sözügedən maddələrin keçmişdə rəqabəti təşviq etdiyini müdafiə edir. Şirkətin Avropa onlayn rezervasiya bazarındakı payı 2024-cü ildə 71 faizə çatmışdı.