“Yes Travel”in növbəti uğuru – SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ FƏRQLƏNDİ

“Yes Travel ” şirkətinin departament rəhbəri Vüsal Axundov, “Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən səmərəli əməkdaşlıq və uğurlu fəaliyyətinə görə fərqləndirilib.

Turizmplus.az xəbər verir ki, təltif, Vüsal Axundovun müştəri yönümlü yanaşması, aviaşirkətlərlə qurduğu effektiv əməkdaşlıq və turizm sahəsində göstərdiyi yüksək peşəkarlığın nəticəsi olaraq təqdim edilib.
Qeyd edək ki, “Yes Travel“ turizm sektorunda yenilikçi yanaşmaları, müasir satış strategiyalarını tətbiq etməsi və xidmət keyfiyyətinə verdiyi önəmlə fərqlənir. Şirkət indiyədək bir çox yerli və beynəlxalq layihələrdə uğurla iştirak edərək, etibarlı turizm tərəfdaşı kimi tanınıb.