USD 1.7
23 °C

“Yes Travel” professional turizm kurslarına start verir – MƏLUMAT

Sentyabr 3, 2024 15:37 / 254
“Yes Travel” professional turizm kurslarına start verir – MƏLUMAT
A-
A
A+

Turizm sahəsində ön sıralarda olan “Yes Travel” turizm agentliyi təhsil imkanlarını genişləndirir və turizm mütəxəssislərinin hazırlanması üçün ixtisaslaşdırılmış kurslara başlayır. Şirkətimiz uzun illərdir ki, dünya üzrə səyahət edənlər üçün etibarlı tərəfdaş olub, yüksək keyfiyyətli xidmətlər göstərir və müştərilərə mükəmməl istirahət üçün lazım olan hər şeyi təqdim edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, indi isə “Yes Travel” üç məşhur sahədə təlim keçmək üçün xüsusi proqram təqdim edir:

Aviakassir təlimi (Aviabiletlərin rəsmiləşdirilməsi)

Tur menecer təlimi (Tur paketlərin yığılması)

Viza təlimi (Müxtəlif ölkələrə viza dəstəyi xidməti)

“Yes Travel” turizm sahəsində yüksək peşəkarlığı və zəngin təcrübəsi ilə fəxr edir ki, bu da bizə səyahət edənlərə nəinki ən yaxşı xidmətləri göstərməyə, həm də yeni mütəxəssislər hazırlamağa imkan verir. Kurslarımız həm yeni başlayanlar, həm də öz bacarıqlarını artırmaq və turizm sahəsində axtarılan mütəxəssis olmaq istəyənlər üçün nəzərdə tutulub və ilk avqust ayının 26-sı həyata keçiriləcəkdir. 

Həmçinin, kursu müvəffəqiyyətlə bitirən və yaxşı nəticə əldə edən tələbələr beynəlxalq sertifikat və işlə təmin olunma şansı əldə edəcək. 

Hər proqramın qiyməti qrup şəklində 189 AZN, fərdi şəkildə 300 AZN təşkil edir.  Qiymət hər proqram üçün ayrılıqda hesablanılır. 

Kurslara qoşulmaqla siz, sürətlə inkişaf edən sənayelərdən birində uğurlu karyera qurmağınıza kömək edəcək unikal bilik və praktiki bacarıqlara çıxış əldə edəcəksiniz.

“Yes Travel” turizm və peşəkar inkişaf dünyasında etibarlı tərəfdaşınızdır!

Ətraflı məlumat üçün:

+994 77 404 64 10 – Vüsal bəy (aviakassir təlimi üçün)

+994 55 602 85 87 – Aytac xanım (aviakassir təlimi üçün)

+994 55 550 99 45 – Nuray xanım (viza təlimi üçün)

+994 55 338 92 22 – Ayla xanım (tur menecer təlimi üçün)

Oxşar xəbərlər