Yanvarın 15-dən Azərbaycan vətəndaşları üçün Monteneqroya giriş VİZALI OLACAQ
Azərbaycan vətəndaşlarının Monteneqroya səyahəti ilə bağlı mühüm dəyişiklik edilib. Rəsmi qərara əsasən, 2026-cı il yanvarın 15-dən etibarən Monteneqroya giriş Azərbaycan vətəndaşları üçün vizalı olacaq.
Turizmplus.az xəbər verir ki, indiyədək Azərbaycan vətəndaşları Monteneqroya 90 günədək vizasız səfər edə bilirdilər. Yeni qərarla bu imkan aradan qalxır və yanvarın 15-dən sonra ölkəyə daxil olmaq üçün əvvəlcədən viza alınması tələb olunacaq.
Məlumata görə, qərar Monteneqronun Avropa İttifaqına üzvlük prosesi çərçivəsində miqrasiya və sərhəd təhlükəsizliyi sahəsində üzərinə götürdüyü öhdəliklərlə bağlıdır. Bu dəyişiklik yalnız Azərbaycan vətəndaşlarına deyil, bir sıra digər ölkələrin vətəndaşlarına da şamil olunur.
Qeyd edək ki, 15 yanvar 2026-cı il tarixinədək Monteneqroya səfər planlaşdıran Azərbaycan vətəndaşları əvvəlki qaydada vizasız səyahət edə bilərlər. Bu tarixdən sonra isə ölkəyə giriş yalnız müvafiq viza əsasında mümkün olacaq.

