“Voyager”in təşkilatçılığı ilə turizmçilər Dubay info-turunda – FOTOLAR

“Voyager Group” tur-operatoru və Dubay Turizm Bürosunun birgə təşkilatçılığı ilə yerli şirkətlərin nümayəndələri üçün Dubaya info-tur təşkil edilib.

Turizmplus.az xəbər verir ki, 2-8 fevral tarixlərini əhatə edən reklam turunda turizmçilərə Dubayın görməli yerləri, yeni turizm məhsulları nümayiş edilib, yeniliklər barədə ətraflı məlumat verilib. Eyni zamanda, turizmçilər bəzi hotellərdə otaq fondu ilə tanış olub.
Qeyd edək ki, info-turda 10 yerli şirkətin nümayəndəsi iştirak edib. Bakı-Dubay-Bakı istiqamətində uçuşları “Flydubai” aviaşirkəti həyata keçirib.