USD 1.7
12 °C

ÜZEYİR BAĞIRLI: Subagentlərimiz üçün bonuslar və eksklüziv səyahət imkanları nəzərdə tutmuşuq

Fevral 19, 2025 16:20 / 375
ÜZEYİR BAĞIRLI: Subagentlərimiz üçün bonuslar və eksklüziv səyahət imkanları nəzərdə tutmuşuq
A-
A
A+

“Yes Travel” olaraq tərəfdaşlarımızı daha çox həvəsləndirmək üçün xüsusi motivasiya proqramları üzərində işləyirik”.

cbx-add

Bu sözləri “Yes Travel” şirkətinin rəhbəri Üzeyir Bağırlı Turizmplus.az saytına verdiyi müsahibədə deyib.

“Yes Travel” komandası yay mövsümünə necə hazırlaşır?

–  Yay mövsümü turizm sektorunda ən aktiv dövrdür və biz bu fürsətdən maksimum istifadə etməyə hazırlaşırıq. Komandamız yeni və maraqlı tur paketləri üzərində işləyir, müştərilərimizin istəklərinə uyğun daha geniş seçimlər təqdim edirik. Eyni zamanda, xidmət keyfiyyətini artırmaq üçün əməkdaşlarımız üçün xüsusi təlimlər təşkil edirik. Müştəri məmnuniyyətini yüksəltmək və satışları artırmaq məqsədilə marketinq strategiyalarımızı gücləndiririk.

Bununla yanaşı, müştərilərimizə diqqətli olmağı və ucuz qiymətlərə aldanmamağı tövsiyə edirik. Son zamanlar bəzi dələduzlar insanları aldadaraq, yay mövsümü üçün ucuz tur paketləri satır və nəticədə turistlər tura gedə bilmirlər. Bu cür halların qarşısını almaq üçün səyahət planlarını etibarlı və rəsmi şirkətlər vasitəsilə qurmaq çox vacibdir. “Yes Travel” olaraq biz müştərilərimizə tam təhlükəsiz və etibarlı xidmət təqdim edirik ki, onlar rahat və problemsiz səyahət edə bilsinlər.

Subagent şəbəkənizi böyütmək üçün hansı addımları atırsınız

– Subagentlərimiz bizim üçün çox vacibdir və biz bu şəbəkəni daha da genişləndirmək üçün aktiv strategiyalar həyata keçiririk. Bunlara yeni tərəfdaşlarla əlaqə yaratmaq, daha cəlbedici komissiya şərtləri təklif etmək və subagentlərimizə satışlarını artırmaq üçün xüsusi dəstək vermək daxildir. Eyni zamanda, onlarla davamlı təlimlər və motivasiya proqramları təşkil edirik ki, satışlarını daha da effektiv şəkildə idarə edə bilsinlər.

Sizinlə çalışan şirkətləri hər hansı motivasiya edici yeniliklər və ya bonuslar gözləyir?

– Bəli, “Yes Travel” olaraq tərəfdaşlarımızı daha çox həvəsləndirmək üçün xüsusi motivasiya proqramları üzərində işləyirik. Yay mövsümünə xüsusi olaraq, yüksək satış hədəflərinə çatan agentlər və şirkətlər üçün əlavə bonuslar, eksklüziv səyahət imkanları və müxtəlif hədiyyələr nəzərdə tutmuşuq. Bu cür təşviqlər, həm tərəfdaşlarımızın motivasiyasını artırır, həm də müştərilərimizə daha keyfiyyətli xidmət göstərilməsinə kömək edir.

2025-ci ildə hansı uğurlara nail olmaq istəyiniz var?

– 2025-ci il üçün əsas hədəflərimizdən biri şirkətin daha da böyüməsini və bazardakı mövqeyinin güclənməsini təmin etməkdir. Xüsusilə, beynəlxalq partnyorlarla əməkdaşlığı genişləndirərək daha çox destinasiya üzrə tur paketləri təqdim etməyi planlaşdırırıq. Eyni zamanda, texnoloji inkişaflara uyğunlaşaraq onlayn platformamızı daha funksional hala gətirməyi hədəfləyirik ki, müştərilərimiz üçün sifariş və ödəniş proseslərini daha da rahatlaşdıraq. Subagent şəbəkəsinin genişləndirilməsi və xidmət keyfiyyətinin artırılması da prioritetlərimiz arasındadır.

Oxşar xəbərlər