Bu gündən “Uber” və “Bolt” hava limanına sərnişin daşıya bilməyəcək? – FOTO

Sentyabr 10, 2025 16:05 / 402
Bu gündən “Uber” və “Bolt” hava limanına sərnişin daşıya bilməyəcək? – FOTO
A-
A
A+

Sosial şəbəkələrdə “Bolt”, “Uber” və digər tətbiqlər vasitəsilə hava limanında taksi sifarişinə qadağa qoyulacağı ilə bağlı məlumatlar yayılıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, mövzu ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava limanından Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Aeroport ərazisində sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır:

“Qeyd edirik ki, taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansı məhdudiyyət tətbiq olunmur.

İctimaiyyət görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə rəsmi şəkildə məlumatlandırılacaqdır”.

Bu açıqlamadan sonra 10 sentyabrda Facebook sosial şəbəkəsi üzərindən taksi sürücüləri qruplarda onlara gələn məlumat barədə fotoları paylaşıblar.

 

Oxşar xəbərlər