USD 1.7
7 °C

Türkiyəyə səhayət edən turistlərə XƏBƏRDARLIQ

Fevral 13, 2025 15:30 / 186
Türkiyəyə səhayət edən turistlərə XƏBƏRDARLIQ
A-
A
A+

Böyük Britaniya Xarici İşlər Nazirliyi son həftələrdə Ankara və İstanbulda 100-dən çox insanın metil spirti ilə hazırlanmış saxta içkilər içərək öldüyü barədə mediada yayılan xəbərlərdən sonra Türkiyəyə təcili səyahət xəbərdarlığı edib.

cbx-add

Turizmplus.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nazirlik İngiltərədən Türkiyəyə səfər edənlərə xəbərdarlıq edib ki, spirtli içkiləri yalnız lisenziyalı içki mağazalarından alsınlar, spirt şüşələrinin etiket və qapaqlarını yoxlasınlar, evdə hazırlanmış spirtli içkilərdən uzaq olsunlar.

Xarici İşlər Nazirliyi səyahət xəbərdarlığında mart ayında başlayacaq Ramazan ayında “Yaxın Şərq ölkələri”ndə riayət olunacaq qaydaları da yeniləyib. Nazirlik bəyan edib ki, “Türkiyədə Ramazan ayında gündüz ictimai yerlərdə, o cümlədən avtomobilinizdə yemək, içmək, siqaret çəkmək və saqqız çeynəmək qadağandır; yüksək səsli musiqi dinləmək və ya rəqs etmək, ictimai yerlərdə söyüş söymək təhlükəli nəticələrə səbəb ola bilər. Səyahət xəbərdarlığı həmçinin Türkiyəyə səfər edənlərin “yerli qaydalara” uyğun geyinməyə çağırıb.

Oxşar xəbərlər