Türkiyədə “Hilton”un 100-cü hoteli – Canopy by Hilton Istanbul

Yanvar 1, 2026 14:51 / 65
Türkiyədə “Hilton”un 100-cü hoteli – Canopy by Hilton Istanbul
A-
A
A+

Hilton-un lifestyle konseptli markası Canopy by Hilton Türkiyədəki ilk otelini İstanbulun mərkəzində – Taksimdə istifadəyə verib. Canopy by Hilton Istanbul Taksim eyni zamanda Hilton-un Türkiyədə açdığı 100-cü otel olaraq şirkət üçün mühüm mərhələni ifadə edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, aylarla davam edən hazırlıq prosesindən sonra qapılarını qonaqların üzünə açan otel, Tarlabaşı və Beyoğlunun çoxqatlı mədəni irsini müasir konaklama anlayışı ilə birləşdirir. Taksim Meydanı və İstiqlal Caddəsinə piyada məsafədəyerləşən otel, müasir dizaynı və ərazinin ruhunu əks etdirən detalları ilə diqqət çəkir. Otel ümumilikdə 110 otaq ilə xidmət göstərir.

Açılışla bağlı fikirlərini bölüşən otelin Baş direktoru Can Özmeriç, layihəni həyata keçirən açılış komandasına təşəkkür edərək bildirib:
“Qonaqlarımıza İstanbulun çoxqatlı ruhunu əks etdirən, səmimi və özünəməxsus bir təcrübə təqdim etməyi hədəfləyirik.”

Taksim 360 Layihəsinin mərkəzində yerləşən Canopy by Hilton Istanbul Taksim; xüsusi dizayn edilmiş süitləri, daxili həyət ətrafında formalaşdırılan sosial məkanları, eləcə də Loya Brasserie və Karas Wine Bar-ın özünəməxsus mətbəx konsepsiyası ilə İstanbulda yeni görüş və cazibə nöqtəsi olmağı qarşısına məqsəd qoyur.

Oxşar xəbərlər