TURİZMÇİLƏRİN NƏZƏRİNƏ: Noyabrda bu istiqamətə İNFO-TUR var
“I’am Georgia” şirkətinin təşkilatçılığı ilə Azərbaycanın turizm şirkətlərinin nümayəndələri üçün Gürcüstanın qış kurortlarına info-tur keçiriləcək.
Turizmplus.az xəbər verir ki, 22-28 noyabr tarixlərində baş tutacaq reklam turu Tbilisi, Qudauri və Bakuriani şəhərlərini əhatə edəcək. İnfo-turun qiyməti 295 USD təşkil edir. Qiymətə daxildir:
- 4 və 5 ulduzlu otellərdə 6 gecə səhər yeməyi ilə gecələmə;
- İki çarpayılı iki nəfərlik otaqda yerləşmə;
- Marşrut boyu sürücü və nəqliyyat xidmətləri;
- Bələdçi xidmətləri;
- Mtsxeta-Ananuriyə ekskursiya;
- 6 nahar;
- 4 şam yeməyi;
- Tbilisi Beynəlxalq Hava Limanına gediş-gəliş transferləri;
Qeyd edək ki, Turizmplus.az Turizm Xəbərləri Portalı Gürcüstanın qış kurortlarına təşkil edilən info-turun rəsmi media tərəfdaşıdır.