Turizmçilər üçün Bakı Zooloji Parkına tanışlıq səfəri təşkil olunub

Oktyabr 20, 2025 11:55 / 49
Turizmçilər üçün Bakı Zooloji Parkına tanışlıq səfəri təşkil olunub
A-
A
A+

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və Bakı Zooloji Parkının birgə təşəbbüsü ilə ATAA üzvləri üçün tanışlıq səfəri təşkil olunub.

cbx-add

Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, info-turun məqsədi Assosiasiya üzvlərini Bakı Zooloji Parkının yenilənmiş infrastrukturu, ziyarətçilərə göstərilən xidmət imkanları ilə yaxından tanış etmək və birgə əməkdaşlıq imkanlarını müzakirə etməkdir.

Səfər çərçivəsində ATAA üzvlərinə Bakı Zooloji Park ərazisində saxlanılan heyvan növləri və onların saxlanma şəraiti barədə ətraflı məlumat verilib, xüsusi təqdimatlar keçirilib, səmərəli turpaketlərin hazılanması üçün fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər