Turizmçilər üçün “AKKA Hotels”ə “fam trip” baş tutacaq – MƏLUMAT

“Summer Tour Azerbaijan” şirkəti tərəfindən Antalyada yerləşən “AKKA HOTELS ALINDA” və “AKKA HOTELS ANTEDON” hotellərinə “fam trip” təşkil ediləcək.

Turizmplus.az info-tur barədə ümumi məlumatı izləyicilərinə təqdim edir:
• Tarix: 26.04 – 03.05.2025
• Qonaqlama: Dbl
• Uçuş: Azərbaycan Hava Yolları tərəfindən J2 025/J2 026 reysləri ilə həyata keçiriləcək (23 kq baqaj və 10 kq əl yükü daxil)
• Hər turizm agentliyindən yalnız bir nəfər iştirak edə bilər
• Qiyməti: 400 USD
Qeyd olunan qiymətə daxildir:
• Gediş-dönüş avia biletlər
• 7 gecə qeyd olunan otellərdə qonaqlama
• Tibbi səyyahət sığortası
• Transfer xidmətləri
Proqram:
• 26.04 – Hotelə giriş və sərbəst gün
• 27.04 – sərbəst gün
• 28.04 – Kəmər bölgəsində bir neçə otellərin inspeksiyası
• 29.04 – Akka Antedon otelinə giriş və Kəmər bölgəsində bir neçə otellərin inspeksiyası
• 30.04 – sərbəst gün
• 01.05 – sərbəst gün
• 02.05 – Kəmər bölgəsində bir neçə otellərin inspeksiyası
• 03.05 – Hoteldən çıxış və hava limanına yola düşmə
Vacib şərt:
İştirak etmək istəyən turizm agentliyi nümayəndəsi https://my.gov.az/ sistemindən, işlədiyi şirkətin adı, vəzifəsi və FİN kodu qeyd olunmaqla arayışı təqdim etməlidir. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız Getmə Turizm (outgoing) üzrə çalışan və “Summer Tour Azerbaijan” şirkəti ilə müqaviləsi olan turizm agentliklərinin əməkdaşları qəbul olunacaq. Tələb olunan arayışı e-mail vasitəsi ilə callcentergyd@summertour.com ünvanına 10 aprel tarixinə qədər göndərməyinizi xahiş edirik.