“Turizm Bələdçiləri və Turizm Nəqliyyatı üçün Yeni İnkişaf İmkanları Perspektivləri” adlı tədbir keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) inzibati binasında dövlət qurumlarının təmsilçiləri ilə “Turizm Bələdçiləri və Turizm Nəqliyyatı üçün Yeni İnkişaf İmkanları Perspektivləri” adlı tədbir keçirilib.

Turizmplus.az xəbər verir ki, turizmin inkişafına maneə törədən amillərin müzakirəsi zamanı Turizm Təlimçisi Rüfət Əliyev çıxış edib. O bildirib ki, Azərbaycan Turizm Nəqliyyat Assosiasiyasinin (www.atna.az) yaradılıb.
İclasda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Xüsusi Mühafizə Olunan Ərazilərin İnkişafı Şöbəsinin baş məsləhətçisi Əli Məmmədov, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Biznesin İnkişafı və Satış Departamenti satış sonrası xidmət və müştəri məmnuniyyəti üzrə menecer Fərid Hüseynov, Azərbaycan Respublikası Vergi Xidməti DVX-nin Bakı şəhər Operativ Vergi nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin Məlumatlandırılması İdarəsinin Görüşlər şöbəsinin müfəttişi Orxan Bağırov, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi Qeydiyyat və Sahibkarlarla iş sektorunun müdiri Vüsal Müzəffərov, Azərbaycan Turizm Bələdçilər Assosiasiyasının sədri Tural Musayev və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Bakı şəhər Regional Turizm İdarəsinin rəis müavini Aysel Vəliyeva iştirak ediblər.
Müzakirələr zamanı Rüfət Əliyev Azərbaycan Turizm Nəqliyyat Assosiasiyasinin www.atna.az yaradıldığını bəyan edib.