“TourAgent Travel” şirkətin yaranmasınınn 3 illiyini şəhid övladları ilə qeyd edib

TourAgent Travel” şirkəti fəaliyyətinin 3-cü ildönümünü 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bir arada xüsusi formatda qeyd edib. Bu münasibətlə təşkil olunan iki günlük tədbir Qəbələ şəhərində keçirilib və şəhid övladları üçün unudulmaz təəssüratlarla yadda qalıb.

Turizmplus.az xəbər verir ki, Şirkət kollektivinin tam iştirakı ilə baş tutan tədbir çərçivəsində uşaqlar üçün maraqlı oyunlar, əyləncəli proqramlar və müxtəlif ekskursiyalar təşkil olunub. Balacalar Qəbələnin gəzməli-görməli yerləri ilə tanış olub, katamaranda minərək Nohur gölündə unikal anlar yaşayıb, Qəbələnd əyləncə parkında vaxt keçirib, at sürmək təcrübəsi qazanıblar.
Tədbir iştirakçıları “Nohur” otelində yerləşdirilib və hər şey yüksək səviyyədə təşkil olunub. Uşaqlar üçün gündə üç dəfə qidalanma, komfortlu istirahət və tam təhlükəsiz şəraitdə gəzintilər təmin olunub.
Sonda isə uşaqlarla xatirə şəkilləri çəkilib və bu mənalı gün onların yaddaşında xoş xatirə kimi qalıb.




