USD 1.7
26 °C

“Tangiers Travel”in təşkilatçılığı ilə “Upgrade 2025” adlı beynəlxalq tədbir baş tutub

May 12, 2025 13:49 / 276
“Tangiers Travel”in təşkilatçılığı ilə “Upgrade 2025” adlı beynəlxalq tədbir baş tutub
A-
A
A+

1–5 may tarixlərində Tangiers Travel tərəfindən artıq ənənəyə çevrilmiş Upgrade 2025” adlı beynəlxalq workshop Bodrumun The Plaza Otelində baş tutub.

cbx-add

Turizmplus.az xəbər verir ki, tədbir çərçivəsində yalnız workshop deyil, eyni zamanda iştirak edən turizm şirkətləri üçün Bodrumun aparıcı lüks otellərinə səfərlər yerində tanışlıqlar da təşkil olunub. Bu səfərlər zamanı iştirakçılar təqdim edilən otellərin şəraiti, xidmət səviyyəsi müştəri yönümlü yanaşmaları ilə yaxından tanış olublar.

3 may tarixində keçirilmiş əsas workshopda isə Tangiers Travel-ın müxtəlif ölkələrdən əməkdaşlıq etdiyi turizm şirkətləri iştirak ediblər. Səhər saatlarından etibarən başlayan tədbirdə Türkiyənin bir çox tanınmış lüks otel nümayəndələri ilə B2B görüşlər baş tutub. Bu görüşlər, qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi yay mövsümünə hazırlıq baxımından xüsusi əhəmiyyət daşıyırdı.

Workshopdan sonra isə tədbir Rusiya Azərbaycanın tanınmış estrada ulduzlarının iştirakı ilə təşkil olunmuş qala gecəsi möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Tangiers Travel-in bu təşəbbüsü, iştirakçı turizm şirkətləri üçün həm əməkdaşlıq imkanlarını genişləndirmək, həm yeni məhsul xidmətlərlə tanış olmaq baxımından uğurlu platforma olub.

Oxşar xəbərlər