“Summer Tour”un təşkilatçılığı ilə “Liberty Signa” hoteli turizm nümayəndələrinə təqdim olunub – FOTOLAR

Fevral 13, 2026 15:27 / 131
“Summer Tour”un təşkilatçılığı ilə “Liberty Signa” hoteli turizm nümayəndələrinə təqdim olunub – FOTOLAR
A-
A
A+

“Summer Tour” tur-operatorunun təşkilatçılığı ilə Fəthiyə bölgəsində yerləşən Liberty Signa otelinin təqdimatı və səhər yeməyi formatında görüş  təşkil olunub. Tədbirdə müxtəlif turizm agentliklərinin rəhbər və əməkdaşları iştirak ediblər.

cbx-add

Turizmplus.az xəbər verir ki, görüşün əsas məqsədi Liberty Signa otelinin konsepti, xidmət səviyyəsi, yerləşmə imkanları, 2026-cı il yay mövsümü üzrə təklif və yenilikləri barədə tərəfdaşlara ətraflı məlumat vermək, həmçinin qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.

Tədbirin açılış nitqi şirkətin əməkdaşı Tural Məlikov tərəfindən səsləndirilib. Daha sonra otelin satış müdiri Rana Yavaş Liberty Signa otelinin infrastrukturu, otaq kateqoriyaları, xidmət konsepti, ailəvi istirahət imkanları və fərqləndirici üstünlükləri barədə geniş təqdimatla çıxış edib.

Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb, ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb.

Oxşar xəbərlər