Sabah saat 09:30-da flydubai aviaşirkəti tərəfindən Dubay–Bakı istiqamətində təxliyyə reysinin yerinə yetirilməsi planlaşdırılır.
Bu barədə Aviapartners şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Zöhrab Əliyev Turizmplus.az saytına açıqlamasında bildirib.
Məlumata görə, sözügedən reys mövcud vəziyyət nəzərə alınmaqla təşkil olunur və sərnişinlərin təhlükəsiz şəkildə daşınması məqsədi daşıyır.
Bileti olan sərnişinlərə tövsiyə edilir ki, uçuşla bağlı son məlumatları əldə etmək üçün müraciət etdikləri turizm şirkəti və ya agentliklə əlaqə saxlasınlar, eyni zamanda reysin dəqiq vaxtını hava limanının məlumat xidmətindən dəqiqləşdirsinlər. Bundan əlavə qeyd edilib ki, sabah hava limanından yerində aviabilet almaq mümkün olacaq.

