Azərbaycan Hava Yolları (AZAL) bir sıra beynəlxalq reyslərin təxirə salındığını elan edib.
Turizmplus.az xəbər verir ki, aviaşirkətin yaydığı məlumata əsasən, aşağıdakı uçuşlar üzrə dəyişikliklər tətbiq olunub:
28 fevral:
-
J2 011 / J2 012 Bakı–Dubay–Bakı
-
J2 021 / J2 022 və J2 321 / J2 322 Bakı–Tel-Əviv–Bakı
-
J2 1091 / J2 1092 Bakı–Ciddə–Bakı
1 mart:
-
J2 5111 / J2 5112 Bakı–Doha–Bakı
1 və 2 mart:
-
J2 021 / J2 022 və J2 321 / J2 322 Bakı–Tel-Əviv–Bakı
AZAL sərnişinlərdən qeyd olunan reyslərlə bağlı məlumatlandırma işlərinin aparılmasını və zəruri tədbirlərin görülməsini xahiş edir.
Bildirilib ki, təxirə salınmış uçuşlar üzrə biletlərdə involuntary qaydada tarix dəyişdirilməsi və ya məbləğin tam geri qaytarılması mümkündür.

