USD 1.7
6 °C

“Simonyanın məsuliyyətə cəlb edilməsi üçün tədbirlər davam etdirilir” – SBU

Aprel 1, 2024 17:28 / 251
“Simonyanın məsuliyyətə cəlb edilməsi üçün tədbirlər davam etdirilir” – SBU
A-
A
A+

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) RT kanalının baş redaktoru Marqarita Simonyanı ölkə Cinayət Məcəlləsinin (CM) 4 maddəsi ilə ittiham edib.

cbx-add

“Mediaplus” xəbər verir ki, bu barədə SBU-nun Telegram-kanalında deyilir.

SBU Simonyanı Cinayət Məcəlləsinin “soyqırım”, “Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığının pozulması”, “müharibə təbliğatı” maddələri ilə ittiham etdiyini bildirib. Bundan əlavə, söhbət “Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünün əsaslandırılması, qanuni tanınması, inkar edilməsi, onun iştirakçılarının təriflənməsi” maddəsindən gedir.

SBU həmçinin bildirib ki, Simonyanın məsuliyyətə cəlb edilməsi üçün hərtərəfli tədbirləri davam etdirirlər.

“Xatırlatmaq istərdik ki, SBU materiallarına əsasən, 2023-cü ilin martında Simonyan artıq Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə ittiham olunub”, – deyə xidmət əlavə edib.

Oxşar xəbərlər