1–2 noyabr tarixlərində Sea Breeze Resort ərazisində “Pumpkin Fest by CaspiMayr” adlı payız festivalı keçiriləcək. Tədbir sağlam həyat tərzini, qastronomiyanı və ailəvi istirahəti bir araya gətirən wellness-gastrofest formatında təşkil olunacaq.

Turizmplus.az xəbər verir ki, Festival çərçivəsində qonaqları müxtəlif wellness-brançlar, master-klasslar, qlütensiz və şəkərsiz şirniyyatların təqdimatı, eləcə də canlı musiqi proqramı, fotozonalar və handmade məhsulların country yarmarkası gözləyir.
Tədbirin əsas məqsədi payız mövsümünün ruhunu sağlam və pozitiv atmosferdə hiss etdirmək, ziyarətçilərə yeni dadlar və ilham dolu anlar bəxş etməkdir.
“Pumpkin Fest by CaspiMayr” CaspiMayr Retreat və Shoppingaz.az platformalarının birgə təşkilatçılığı ilə keçirilir.
Giriş sərbəstdir. Festival hər gün saat 11:00-dan gün batımına qədər davam edəcək.