USD 1.7
15 °C

“Savtour” biznes şəbəkəsini genişləndirir – QAZAXISTANDA GÖRÜŞLƏR

Mart 4, 2025 17:23 / 229
“Savtour” biznes şəbəkəsini genişləndirir – QAZAXISTANDA GÖRÜŞLƏR
A-
A
A+

“Savtour” turizm agentliyinin yeni proyekti online.savtour.az rezervasiya platforması Özbəkistandan sonra indi də Qazaxıstanda tanıdılır.

cbx-add

“Savtour”dan Turizmplus.az saytına verilən məlumata görə, şirkət nümayəndələri 18-28 fevral aralığında Qazaxıstanın öndə gedən 35 şirkətində olub, müxtəlif görüşlər keçirib və online.savtour.az rezervasiya platforması barədə məlumatlar veriblər. Yeni müqavilələrə imza atılıb. Qeyd edilib ki, bu məqsədlə növbəti səfərlər də nəzərdə tutulub.

Sistem vasitəsilə Özbəkistan və Qazaxıstandan Azərbaycana gələn turistlər üçün hazır tur paketlərin, hotellərin, eyni zamanda kombo turların satışı həyata keçirilir. Bundan əlavə Azərbaycanda yerləşən bir çox sanatoriya və hotelləri də sistem vasitəsilə bron etmək mümkündür.

Qeyd edək ki, yerli turizm şirkətləri də sistemdən qeydiyyatdan keçib sanatoriyaları sərfəli qiymətlərlə bron edə bilərlər.

Oxşar xəbərlər