Şarm Əl-Şeyxdə qalan vətəndaşlarımıza ŞAD XƏBƏR: TƏXLİYƏ REYSİ TƏŞKİL EDİLƏCƏK

Mart 4, 2026 10:43 / 99
Şarm Əl-Şeyxdə qalan vətəndaşlarımıza ŞAD XƏBƏR: TƏXLİYƏ REYSİ TƏŞKİL EDİLƏCƏK
A-
A
A+

Mövcud regional vəziyyət nəzərə alınaraq və turistlərin təhlükəsizliyi prioritet tutularaq, “Kompas Azərbaycan” şirkəti Şarm əl-Şeyxdə olan vətəndaşlarımız üçün təxirəsalınmaz çıxış (evakuasiya) reysi təşkil edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, şirkətin təşəbbüsü ilə həyata keçirilən reys Qazaxıstanın “SCAT Airlines” aviaşirkətinin dəstəyi ilə icra olunacaq.

Marşrut: Şarm əl-Şeyx — Bakı

Uçuş tarixi: 04.03

Uçuş vaxtı: 13:00 (dəyişiklik mümkündür)

Aviaşirkət: SCAT

Şirkət tərəfindən bildirilib ki, 01.03 və 04.03 tarixli uçuşlarla Şarm əl-Şeyx şəhərində olan turistlərin təcili şəkildə məlumatlandırılması xahiş olunur.

Qeyd olunub ki, əlavə məlumat müvafiq tarixlər üzrə hər bir sifarişin şəxsi kabinetinə də göndərilib.

Oxşar xəbərlər