Paytaxt Bakıda Avropanın ən məşhur mətbəxlərini bir araya gətirən Avropa Kulinariya Festivalı təşkil olunacaq. Festivalda Avropanın müxtəlif ölkələrinə məxsus milli təamlar təqdim ediləcək, həmçinin canlı yemək bişirmə şouları və əyləncəli proqramlar keçiriləcək.

Turizmplus.az xəbər verir ki, tədbirin məqsədi Avropa mətbəxinin zəngin ləzzətlərini tanıtmaq, mədəni və kulinariya müxtəlifliyini təşviq etməkdir. Ziyarətçiləri bayram ab-havası, rəngarəng təqdimatlar və dadlı yeməklər gözləyir.
Tədbir 11 oktyabr, şənbə, saat 13:00-da Avropa Oyunlar Parkında (Akvatik Su Sarayının arxası) keçiriləcək.
Festivalda iştirak etmək istəyənlər üçün giriş sərbəstdir.