USD 1.7
10 °C

Prezident Türkiyə PA-nın Müdafiə Sənayesi Komitəsinin sədrini qəbul edib

Aprel 2, 2024 14:00 / 186
Prezident Türkiyə PA-nın Müdafiə Sənayesi Komitəsinin sədrini qəbul edib
A-
A
A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

cbx-add

“Mediaplus” xəbər verir ki, nümayəndə heyətinə “ASELSAN” şirkətinin baş direktoru Ahmet Akyol, “ASFAT” şirkətinin baş direktoru Behçet Karataş, “HAVELSAN” şirkətinin baş direktoru Mehmet Akif Nacar, “Maşınqayırma və Kimya Sənayesi” şirkətinin baş direktoru İlhami Keleş, “REPKON Grup” şirkətinin prezidenti İbrahim Külekçi, “ROKETSAN” şirkətinin baş direktoru Murat İkinci, “Müdafiə Texnologiyaları və Mühəndislik” şirkətinin baş direktoru Özgür Güleryüz, “Türkiyənin Aviasiya və Kosmos Sənayesi – TUSAŞ” şirkətinin baş direktoru Temel Kotil daxildir.

Oxşar xəbərlər