"Yeni uçuşlar açılacaq və sərnişin aviaşirkətləri cəlb ediləcək" - TEYMUR HƏSƏNOV

 

Marşrut şəbəkəsini genişləndirmək və sərnişin axınını artırmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu iri sərnişin aviadaşıyıcılarının cəlb edilməsi və yeni istiqamətlərin açılması üzrə genişmiqyaslı işlər aparır.

Hava limanının rəhbərliyi dünyanın müxtəlif şəhərlərindən Bakıya müntəzəm uçuşlar həyata keçirə biləcək beynəlxalq sərnişin hava yolları ilə fəal danışıqlar aparır.

"Bu fəaliyyət çərçivəsində 2019-cu il ərzində hava limanına beş yeni aviaşirkət – “Kuwait Airways”, “UrAirlines”, “Smartavia”, “Flynas”, “Pegasus” uçuşlar həyata keçirməyə başlayıblar. Ümumilikdə isə, keçən ildən bu yana yeni aviaşirkətlərin sayı 11-ə çatıb. Onların arasında “Etihad Airways”, “IranAir”,  “GulfAir”, “Arkia”, “Nordwind” və s. kimi aviaşirkətlər var" - deyə Heydər Əliyev Beynəlxalq Hava Limanının direktoru Teymur Həsənov bildirib.

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu 60 beynəlxalq istiqamət üzrə uçuşlar yerinə yetirən 34 aviaşirkətə xidmət göstərir. 34 aviaşirkətin doqquzu - “Buta Airways” (21 istiqamət), “WizzAir” (Budapeşt), “AirBaltic” (Riga), “Pegasus Airlines” (İzmir), “Flynas” (Ər-Riyad), “FlyDubai” (Dubay), “AirArabia” (Sharjah), “Jazeera Airways” (Küveyt), “Smartavia” (Sankt-Peterburq) daxil olmaq ilə aşağıbüdcəli aviaşirkətdir.

Həsənov bildirib ki, yeni uçuşların açılması və sərnişin aviaşirkətlərinin cəlb edilməsi Bakının hava limanından uçuşların coğrafiyasını genişləndirəcək və sərnişinlərə uzaq məsafəli və rahat uçuşlar üçün daha çox imkanlar yaradacaq.

Son beş il ərzində Bakının hava limanında sərnişin axınının artımı 62% təşkil edib və proqnozlara əsasən, 2019-cu ildə sərnişin axını təxminən beş milyon nəfər təşkil edəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportu milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” və Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti “Buta Airways”in baza hava limanıdır. AZAL və "Buta Airways"in təyyarələri Avropa, Asiya və Amerikanın 40-dan çox şəhərinə eniş edirlər.

Paylaş

Əvvəlkİ

Торнадо, шквалистый ветер и дождь: зима в Европе становится похожа на ад

Sonrakı

В Саудовской Аравии отменен отдельный вход для женщин в кафе и ресторанах