Hotellər yeni qaydada fəaliyyət göstərəcək - VİDEO

 

Mehmanxanaların fəaliyyətinin təşkili Qaydalarında yeni nüanslar əksini tapıb.

Turizmplus.az tətbiq olunacaq qaydaları oxucularımıza təqdim edir:

• Mehmanxanaya daxil olan qonağın hərarəti təmassız termometr vasitəsilə ölçülməlidir;
• Otellərə yalnız əvvəlcədən yer rezerv edənlər və ya işgüzar məqsədlə gələnlər buraxılacaq;
• Otelin bütün işçiləri hər həftə COVİD-19 testindən keçməlidir. Koronovirus simptomları olduqda test dərhal edilməlidir;
• 80-dən artıq nömrəsi olan mehmanxanalarda sanitariya-gigiyena normativlərinin əməl edilməsinə operativ nəzarət qrupu yaradılmalıdır;
• Digər mehmanxanalarda isə sanitariya-gigiyena normativlərinin əməl edilməsinə məsul şəxs təyin edilməlidir;
• Canlı auditoriya qarşısında tədbirlərin keçirilməsinə yol verilmir;
• Otelin hər tərəfində dezinfeksiya edici ləvazımatlar qoyulmalı və ödənişsiz şəkildə istifadə olunmasına şərait yaradılmalıdır;
• Qəbul şöbəsində növbəni qorumaq üçün müafiq avadanlıqlar qoyulmalıdır, həmçinin təması azaltmaq üçün qonaqların işçi heyətlə ünsiyyəti telefon, e-mail və s. vasitəsilə əlaqələşməsi tövsiyyə olunur;
• Ödəniş terminalları isə hər əməliyyatdan sonra dezinfeksiya edilməlidir;
• Ümumi istifadədə olan sərt səthlər isə mütəmadi təmizlənməlidir;
• İctimai iaşə obyektlərində masalar arasında 2, stullar arasında 1 metrlik məsafə gözlənilməlidir;

Paylaş

Əvvəlkİ

Управления гражданской авиации: «на полеты в Таиланд введён бессрочный запрет»

Sonrakı

В Сингапуре начали применять дроны-беспилотники для отслеживания нарушителей карантина