Pireney dağlarının ətəyində yerləşən ecazkar “Taüll” kəndinin incisi – FOTOREPORTAJ

Mart 18, 2026 14:56 / 3569
Pireney dağlarının ətəyində yerləşən ecazkar “Taüll” kəndinin incisi – FOTOREPORTAJ
A-
A
A+

“Boí Taüll” – Boí vadisində yerləşən Taüll kəndi. İlk baxışdan İspaniyanın Kataloniya bölgəsində, “La Vall de Boí” vadisində yerləşən adi kənd təəssüratı bağışlasa da,  bu yaşayış məntəqəsi “Boí Taüll” Xizək Kurortu və Romanesk memarlıq inciləri ilə şöhrət qazanıb.

cbx-add

Bu vadi təkcə göz oxşayan təbiət mənzərələri ilə deyil, həm də özünəməxsus mədəniyyəti ilə zəngindir. Bura səfər etmək üçün  Bakıdan Barselonaya təxminən 5 saat 20 dəqiqəlik uçuş, daha sonra isə Pireneylərə doğru 4 saatlıq yol qət etməli olduq. Yol boyu münbit torpaqlar, kənd təsərrüfatı sahələri və dağ silsilələrinin fonunda açılan panoramalar insanı həm vizual, həm də mənəvi baxımdan zənginləşdirirdir.

Boí Taüll” dəniz səviyyəsindən təxminən 2 020 metr hündürlükdə yerləşən və ən yüksək nöqtəsi 2 750 metrə çatan Pireney dağlarının ən yüksək xizək mərkəzlərindən biri kimi tanınır. Müxtəlif çətinlik dərəcələrinə malik olan kurortun ümumi uzunluğu 45 km çatan yamacları  mövcuddur ki, burada həm peşəkar, həm də həvəskar xizəkçilər  asudə vaxtlarını keçirə bilirlər. Xizək mərkəzi saatda 13.200 xizəkçini qaldırma gücünə malikdir. Yüksək relyef və əlverişli iqlim şəraiti mövsüm boyu xizək mərkəzini sabit və keyfiyyətli qar örtüyü ilə təmin etmək gücünə malikdir. Bu amil xüsusilə qlobal iqlim dəyişiklikləri fonunda dağ-xizək turizmi üçün strateji əhəmiyyət daşıyır.

Boí Taüll təkcə idman deyil, həm də mədəni turizm baxımından da cəlbedicidir. Bölgə UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Romanesk üslublu kilsələri ilə məşhurdur. Xüsusilə Sant Climent de Taüll və Santa Maria de Taüll XI–XII əsrlərə aid memarlıq inciləri hesab olunur. Bu abidələr Katalon Romanesk sənətinin ən parlaq nümunələri kimi qiymətləndirilir. Romanesk memarlıq burada təkcə dini məkan deyil, həm də zamanın daşlaşmış yaddaşıdır. Hər kilsə  tarixin bir parçası, hər divar isə əsrlərin şahididir.

Pireneylərin ətəyində yerləşən Boí Taüll, kiçik bir kəndin qlobal turizm xəritəsində mühüm mövqe tutduğunun bariz nümunəsidir. Boí Taüll həm qış idmanının, həm də irsin vəhdətidir. Bu vəhdət isə onu Pireneylərin əsl incisində çevirir.

ORXAN BƏDƏLOV 
İspaniya | Turizmplus.az

Oxşar xəbərlər