Fevralın 10-da Bakıda, “Mugam Club” restoranında Aviapartner şirkətinin təşkilatçılığı ilə Pegasus Hava Yollarının yenilikləri və 2026-cı il üzrə planlarına həsr olunmuş biznes səhər yeməyi keçirilib.
Turizmplus.az xəbər verir ki, tədbir zamanı Pegasus Airlines tərəfindən 2025-ci il üzrə ən yüksək satış göstəricilərinə nail olmuş TOP tərəfdaş şirkətlər də elan olunaraq təltif edilib:
-
Sport Luxury Travel
-
Globus Travel
-
Aviashop Travel
-
Kainat Travel
-
GS Travel
Qalib şirkətlər Pegasus Hava Yolları ilə uğurlu əməkdaşlığa və yüksək satış nəticələrinə görə mükafatlandırılıblar. Birinci yerin sahibinə aviaşirkət tərəfindən 10 aviabilet hədiyyə edilib.


