PAŞA HOLİDAYS: Monteneqro və Krit adası erkən rezervasiyalar BAŞLADI
PAŞA Holidays yay mövsümü üçün Monteneqro və Yunanıstanın Krit adası istiqamətləri üzrə səyahət paketlərini satışa təqdim edib. Hər iki istiqamət üzrə rezervasiyalar artıq açıqdır.
Şirkətdən Turizmplus.az saytına verilən məlumata əsasən, Monteneqro istiqaməti üzrə səyahət periodu 1 iyun – 12 sentyabr tarixlərini, Krit adası üzrə isə 27 iyun – 12 sentyabr tarixlərini əhatə edir.
Təqdim olunan paketlərə aşağıdakılar daxildir:
– Azərbaycan Hava Yolları (AZAL) ilə aviabilet
– Qonaqlama
– Transfer
Qeyd olunub ki, turistlərin istəyindən asılı olaraq viza və səfər sığortası paketə əlavə edilə və ya çıxarıla bilər.

