USD 1.7
27 °C

Palçıq Vulkanları Kompleksinə getməyənlər üçün KİÇİK FOTO ARAYIŞ

Mart 24, 2025 12:26 / 288
Palçıq Vulkanları Kompleksinə getməyənlər üçün KİÇİK FOTO ARAYIŞ
A-
A
A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin iyun ayında Abşeron rayonu ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.

cbx-add

Kompleks 12 hektar ərazidə tikilib. Daxilində “Qılınc” palçıq vulkanını yaxından izləmək, Təbiət tarixi sərgi zalını və Minerallar sərgisinı gəzmək mümkündür.

Turizm eksperti Rəhim Qədirovun Palçıq Vulkanları Turizm Kompleksi barədə kiçik foto arayışını izləyicilərimizə təqdim edirik:

Mineral daşlar sərgisi isə zövqə görə dəyişir. Mənim üçün bir o qədər də maraq doğurmadı.

Təbiət tarixi sərgisində nümayiş olunan eksponatlar Azərbaycan üçün unikaldır. Həm yerli əhalinin həm də turistlərin diqqətini çəkə bilər.

“Qılınc” palçıq vulkanının ətrafı abadlaşdırılıb, insanlar yaxına gedib rahatlıqla baxa bilərlər.

Kompleks həftənin bütün günləri saat 10:00-19:00 aralığında açıqdır, bütün kompleksi gəzmək üçün biletin qiyməti 5 AZN-dir və əlavə xidmətlər də (golf car, kvadrosikl, bələdçi və s.) mövcuddur.

Oxşar xəbərlər