Kompas tur-operatoru Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv oldu

Dekabr 15, 2025 15:38 / 259
Kompas tur-operatoru Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv oldu
A-
A
A+

Kompas tur-operatoru rəsmi olaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına (ATAA) üzv olub.

cbx-add

Turizmplus.az xəbər verir ki, ATAA-ya üzvlük Kompas turoperatorunun turizm sahəsində mövcud normativ tələblərə və peşəkar standartlara tam uyğun fəaliyyət göstərdiyini, eyni zamanda Azərbaycan turizm bazarında şəffaf, stabil və etibarlı şirkət kimi tanındığını bir daha nümayiş etdirir.

Assosiasiyaya üzvlük şirkətə turizm sektorunun inkişafına yönəlmiş təşəbbüslərdə, birgə layihələrdə və peşəkar platformalarda daha fəal iştirak etmək imkanı yaradır. Bu, həmçinin turistlərin və tərəfdaşların maraqlarının qorunmasına töhfə verir.

Kompas turoperatoru gələcək fəaliyyətində də turizm xidmətlərinin keyfiyyətinin artırılmasını, bazarda şəffaflığın təmin olunmasını və Azərbaycanın turizm sektorunun davamlı inkişafına töhfə verməyi əsas prioritet kimi müəyyən edib.

Qeyd edək ki, 20 ildən artıq təcrübəyə malik olan Kompas Qazaxıstanın ən iri turoperatorlarından biridir. Şirkət artıq 6 ildir ki, Azərbaycan turizm bazarında fəaliyyət göstərir və bu müddət ərzində özünü etibarlı, peşəkar və beynəlxalq standartlara uyğun çalışan tərəfdaş kimi təsdiqləyib.

Oxşar xəbərlər