“KOMPAS Tour” turizmçilər üçün Şarm əl-Şeyxə RELAX TOUR təşkil edir – QEYDİYYAT
Turizm sektorunda fəaliyyət göstərən agentlik əməkdaşları üçün növbəti infotur proqramı təqdim olunub. “KOMPAS Tour” tur-operatoru tərəfindən təşkil edilən xüsusi təklif çərçivəsində iştirakçılar Misirin məşhur kurort şəhəri Şarm əl-Şeyx istiqamətində keçiriləcək “RELAX TOUR” proqramına qoşula biləcəklər.
Turizmplus.az xəbər verir ki, səfər 4 mart tarixində AZAL aviaşirkətinin reysi ilə həyata keçiriləcək və proqram 7 gecə davam edəcək.
Tur çərçivəsində iştirakçılar beş ulduzlu Amphoras Beach hotelində yerləşdiriləcək. Qoşulma qiyməti 499 ABŞ dolları təşkil edir.
Təşkilatçılar bildirir ki, RELAX TOUR proqramının əsas məqsədi turizm mütəxəssislərinə mövsüm öncəsi istirahət imkanı yaratmaqla yanaşı, Şarm əl-Şeyx regionunun otel infrastrukturu və turizm potensialı ilə yaxından tanış olmaqdır. Bu cür səfərlər turizm agentliklərinin satış imkanlarının genişlənməsi və istiqamət üzrə daha effektiv tanıtım aparılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bronlaşdırma saytda tur axtarışı bölməsi vasitəsilə həyata keçirilir
https://online.az.kompastour.com/search_tour
Turda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etmək tələb olunur:
* Şirkət blankında doldurulmuş müraciət
* Pasportun surəti
* Vizit kartı

