“Kazunion by Rustar”ın təşkilatçılığı ilə Dohaya info-tur təşkil olunub

28 sentyabr – 2 oktyabr 2025-ci il tarixlərində Kazunion by Rustar tur-operatorunun təşkilatçılığı ilə Qətərdə info-tur keçirilib. Tədbirdə 20 nəfərlik nümayəndə heyəti iştirak edib.

Turizmplus.az xəbər verir ki, proqram çərçivəsində iştirakçılar Rixos Premium Qetaifan Island North Doha 5* və Rixos Gulf Hotel Doha 5* otellərində yerləşdirilib. Bununla yanaşı, bir sıra premium və biznes sinif otellərdə inspeksiya turları həyata keçirilib. Onlar arasında:
-
Delta Hotels by Marriott City Center Doha 5*
-
Westpac Hotel & Suites Doha 4*
-
The Bentley Luxury Hotel and Suites 5*
-
The Ritz-Carlton, Doha 5*
-
The Ritz-Carlton Sharq Village, Doha 5*
-
Waldorf Astoria Lusail Doha 5*
-
Rixos Gulf Hotel Doha 5*
-
Rixos Premium Qetaifan Island North Doha 5*
Info-tur proqramına həmçinin şəhər turu və səhrada safari də daxil edilib.
Qeyd edək ki, növbəti info-tur 5 oktyabr tarixində təşkil ediləcək.