“Kazunion by Rustar” Qətərə İNFO-TUR təşkil edir – QEYDİYYAT
“Kazunion by Rustar” tur-operatoru tərəfindən Qətərə reklam-tanıtım turu təşkil olunacaq.
Turizmplus.az xəbər verir ki, info-tur 8–12 fevral 2026-cı il tarixlərini əhatə edəcək və uçuşlar Azərbaycan Hava Yolları ilə həyata keçiriləcək.
Proqrama əsasən, iştirakçılar 4 gecə 5 gün müddətində Qətərdə qalacaq, 5 ulduzlu otellərdə yerləşdiriləcək və gündə üç dəfə qidalanma ilə təmin olunacaqlar. Turun ümumi qiyməti 280 ABŞ dolları təşkil edir.
Qiymətə aviabiletlər, 5 ulduzlu otellərdə yerləşmə (1/2 DBL), FB yemək konsepti (gündə 3 dəfə qidalanma), transfer xidmətləri və tibbi sığorta daxildir. Şəxsi xərclər isə əlavə olaraq ödənilir.
Turda iştirak etmək üçün şirkət blankında doldurulmuş müraciət, pasportun surəti və vizit kartı təqdim olunmalıdır. Qeyd olunur ki, müraciətlər yalnız aktiv tur menecerləri tərəfindən qəbul edilir və tələb olunan sənədlər olmadan göndərilən sorğulara baxılmır.
Müraciətlər sales@kazunion.az elektron ünvanına göndərilməlidir. Ətraflı məlumat üçün +994 50 703 57 58 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

