Karlovı Varının ürəyində sağlamlıq və lüksün ünvanı – Carlsbad Plaza Medical Spa & Wellness Hotel

Dekabr 16, 2025 15:51 / 190
Karlovı Varının ürəyində sağlamlıq və lüksün ünvanı – Carlsbad Plaza Medical Spa & Wellness Hotel
A-
A
A+

Çexiyanın məşhur kurort şəhəri Karlovy Vary-də yerləşən “Carlsbad Plaza Medical Spa & Wellness Hotel 5★ Superior” sağlamlıq turizmi və yüksək komfortu bir araya gətirən ən nüfuzlu hotellərdən biri kimi seçilir. Kurortun tam mərkəzində yerləşən hotel şəhərin əsas kolonadalarına və müalicəvi mineral sularına bir neçə addımlıq məsafədədir.

cbx-add

Hotel qonaqlarına 124 zərif otaq və lyuks təqdim edir. Geniş apartamentlər və xüsusi Medical Spa Suites klassik üslubda dizayn olunaraq uzunmüddətli və rahat qalma üçün bütün zəruri şəraitlə təchiz edilib.

“Carlsbad Plaza”nın əsas fərqləndirici xüsusiyyəti regionun ən iri və müasir sağlamlıq mərkəzlərindən biri olan Medical Spa Gallery kompleksidir. Burada peşəkar həkimlərin nəzarəti altında diaqnostik müayinələr, balneoloji prosedurlar, detoks proqramları, bərpaedici və profilaktik müalicələr həyata keçirilir. Qonaqlar üçün hovuzlar, sauna və spa zonaları, eləcə də müasir tibbi kabinetlər fəaliyyət göstərir.

Hotelin restoran və barları sağlam və dietik menyularla yanaşı, beynəlxalq mətbəxin seçmə nümunələrini də təqdim edərək qonaqlara rahat və zövqlü istirahət atmosferi yaradır.

Yüksək səviyyəli xidmət, effektiv müalicə imkanları və Karlovy Vary-nin unikal kurort mühiti ilə “Carlsbad Plaza” həm sağlamlığını bərpa etmək, həm də lüks şəraitdə istirahət etmək istəyənlər üçün ideal seçim kimi diqqət çəkir.

Oxşar xəbərlər