“Jeluxe Travel” Dohaya peşəkar və rəngarəng qrup turlarının təşkilinə davam edir – FOTOLAR

Ənənəsinə sadiq qalaraq qrup turlarında peşəkarlığını qoruyan Jeluxe Travel, bu dəfə də fərqini Doha Qrup Turu ilə göstərdi. Peşəkar komanda və yüksək səviyyəli təşkilatçılıq sayəsində iştirakçılar Qətərin paytaxtında həm mədəni, həm də əyləncəli bir səyahət təcrübəsi yaşadılar.

Turizmplus.az xəbər veri ki, tur proqramına Corniche sahil zolağı, MIA (İslam İncəsənəti Muzeyi), Mina District Doha Port, Qanat Quarter, Katara Cultural Village, The Pearl City, Lusail Moon Tower, Villaggio Mall və Souq Waqif kimi məşhur məkanlar daxil idi. Qrup Aviabilet, otel yerləşməsi, səhər yeməyi, transfer və sığorta xidmətləri ilə tam təmin olunmuşdu.


Səyahət zamanı iştirakçılar axşam cruise proqramında əyləncəli vaxt keçirib, daha sonra istəyə görə gənclər üçün təşkil edilən klub proqramı ilə günün enerjisini tamamlayıblar.
Jeluxe Travel-in fərqi onun yanaşmasındadır — burada hər tur sadəcə marşrut deyil, ruh və enerji daşıyıcısıdır. Peşəkar bələdçilər, diqqətlə seçilmiş dayanacaqlar və keyfiyyətli xidmət sayəsində hər səyahət unudulmaz xatirələrlə yadda qalır.
Şirkət yalnız Doha ilə məhdudlaşmayaraq, Dubay, Avropa ölkələri və dünyanın digər istiqamətləri üzrə də peşəkar səviyyədə qrup turları təşkil edir. Hər tur – yeni bir ölkə, yeni bir mədəniyyət və yeni bir xatirə deməkdir.
Səyahətin hər addımında lüks, keyfiyyət və pozitiv enerji ilə fərqlənən Jeluxe Travel, bu sahədə artıq lider brend kimi tanınır.