İspaniyanın səkkiz ayda əldə etdiyi turizm gəliri 92 milyard avronu keçdi

Oktyabr 2, 2025 17:41 / 112
İspaniyanın səkkiz ayda əldə etdiyi turizm gəliri 92 milyard avronu keçdi
A-
A
A+

İspaniyanın turizm gəliri həm avqust ayında, həm də ilk səkkiz aylıq dövrdə böyük artım nümayiş etdirib.

cbx-add

Turizmplus.az xəbər verir ki, 2025-ci ilin avqust ayında İspaniyanın turizm gəliri, ötən ilin eyni ayı ilə müqayisədə 6,67 faiz artaraq 16 milyard 389 milyon avro təşkil edib.

2025-ci ilin yanvar–avqust aylarında İspaniyanın əldə etdiyi ümumi turizm gəliri isə ötən illə müqayisədə 7,1 faiz artaraq 92 milyard 463 milyon avro olub.

Avqust ayında İspaniyada turist başına orta xərclər 3,62 faiz artaraq 1 457 avro, orta gündəlik xərclər isə 4,88 faiz artaraq 198 avro təşkil edib. Orta səyahət müddəti isə 1,20 faiz azalaraq 7,37 gün olaraq qeydə alınıb.

Oxşar xəbərlər