USD 1.7
10 °C

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

Aprel 5, 2024 12:36 / 194
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb
A-
A
A+

İrandan Azərbaycana 19 kq narkotik keçirilməsinin qarşısı alınıb.

cbx-add

“Mediaplus” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Aprel ayının 3-də saat 03:38-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 19 kiloqram 550 qram narkotik vasitə (19 kq marixuana, 550 qram tiryək) və 4370 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M – 40 həblərinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Oxşar xəbərlər