İran BƏƏ-nin Ras Əl-Xayma şəhərinə raket zərbələri endirir – VİDEO
İranın ABŞ və İsrailə qarşı əməliyyatlar çərçivəsində regionda hərbi vəziyyət davam edir və Birləşmiş Ərəb Əmirliklərinin hava müdafiəsi sistemləri İran tərəfindən atılan raket və dronlarla mübarizə aparır.
Turizmplus.az xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyinin bildirdiyinə görə, İran tərəfindən atılan 165 balistik raket və 541 dron aşkarlanıb, onların çoxu hava müdafiəsi vasitəsilə vurulub, bəziləri isə ölkə ərazisinə düşərək material ziyanına səbəb olub. Üç nəfərin həlak olduğu və 58-dən çox şəxsin müxtəlif xəsarətlər aldığı bildirilib. Hava məkanı və uçuşlar təhlükəsizlik səbəbilə məhdudlaşdırılıb və əhalidən rəsmi kanallardan məlumat almaq tövsiyə edilir.
Sosial şəbəkələrdə Ras Əl-Xayma və digər ərazilərdə partlayış səsləri eşidildiyi ilə bağlı paylaşımlar var.

