İçərişəhərdə Zeytun Festivalı keçiriləcək – MƏLUMAT

Oktyabr 25, 2025 22:24 / 150
İçərişəhərdə Zeytun Festivalı keçiriləcək – MƏLUMAT
A-
A
A+

İçərişəhər zeytun mövsümünün ən gözəl bayramlarından biri olan Zeytun Festivalına ev sahibliyi edəcək. Üç gün davam edəcək festival çərçivəsində ziyarətçiləri zəngin yarmarka, konsert proqramları, açıq hava rəssamlıq sessiyaları, sərgilər və uşaqlar üçün xüsusi əyləncə zonası gözləyir.

cbx-add

Turizmplus.az xəbər verir ki, 31 oktyabr – 2 noyabr tarixlərində baş tutacaq Festivalın məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrini təbliğ etmək, yerli istehsalçıları dəstəkləmək və milli brendin formalaşmasına töhfə verməkdir. Tədbirə gələn qonaqlar müxtəlif bölgələrdən gətirilən təbii zeytun və zeytun məhsulları ilə tanış olacaq, həmçinin İçərişəhərin tarixi mühitində mədəni və ailəvi istirahətin dadını çıxaracaqlar.

İçərişəhərin özünəməxsus ab-havasında keçiriləcək festivalda ənənə və müasirlik bir araya gələcək, sənət, musiqi və dadın harmoniyası paytaxtın qədim küçələrinə xüsusi rəng qatacaq.

Qeyd edək ki, giriş sərbəstdir.

Oxşar xəbərlər