“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi WUF13 çərçivəsində xüsusi tur təşkil edəcək

Dekabr 9, 2025 14:11 / 83
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi WUF13 çərçivəsində xüsusi tur təşkil edəcək
A-
A
A+

WUF13 – Ümumdünya Şəhərsalma Forumuna gedən yolda Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Heritage Walk in Icherisheher” adlı xüsusi tur təşkil olunacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, tur iştirakçıları tarixi abidələri ziyarət edərək onların memarlıq xüsusiyyətləri, mühüm mülklərin tarixçəsi, şəhərin formalaşma mərhələləri və mədəni irslə bağlı maraqlı faktlarla tanış olacaqlar.

Tarix və saatlar:

  • Qeydiyyat üçün son tarix: 11 dekabr

  • Turun keçirilməsi: 14 dekabr, saat 11:00

Məkan: İçərişəhər

Tur ödənişsizdir və yerlər məhduddur. Qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə etmək xahiş olunur:

Qeydiyyatdan keçmək üçün klikləyin

Oxşar xəbərlər