Günay Sağlam Azərbaycan Hotel Assosiasiyasında tutduğu vəzifədən ayrıldı

İyun 11, 2025 16:55 / 387
Günay Sağlam Azərbaycan Hotel Assosiasiyasında tutduğu vəzifədən ayrıldı
A-
A
A+

Azərbaycan Hotel Assosiasiyasının İcraçı direktoru Günay Sağlam vəzifəsindən ayrılıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu barədə AHA məlumat yayıb. Paylaşımda qeyd edilib ki, onun rəhbərliyi altında AHA bir ideyadan ölkə daxilində və xaricində otelləri və qonaqpərvərlik peşəkarlarını təmsil edən güclü və tanınan bir səsə çevrilib.

“Təxminən yeddi il davam edən transformasiya dolu bir dövrün ardından Azərbaycan Hotel Assosiasiyası olaraq, qurucu icraçı direktorumuz – Günay Sağlam ilə vidalaşırıq. Onun liderliyi, vizyonu və sarsılmaz öhdəliyi təşkilatımızın və Azərbaycanın qonaqpərvərlik sektorunun bünövrəsinin formalaşmasında mühüm rol oynayıb”.

Oxşar xəbərlər