GULF AIR: Bilet dəyişiklikləri və geri qaytarılma prosedurlarında güzəşt tətbiq olunacaq

Artan regional gərginlik fonunda Bəhreyn Krallığı öz hava məkanını müvəqqəti olaraq bağladığını elan edib. Bu barədə Bəhreynin Mülki Aviasiya İdarəsi tərəfindən yayılan rəsmi açıqlamada bildirilib.

Turizmplus.az xəbər verir ki, qərarın, İranın Qətərdə yerləşən ABŞ bazalarına raket zərbələri endirməsi və bölgədəki təhlükəsizlik risklərinin artması ilə əlaqəli olduğu qeyd olunur. Hazırda ölkənin bütün hava limanlarında kommersiya reysləri təxirə salınıb və tranzit uçuşlar digər marşrutlara yönləndirilib.
Bəhreynin milli aviadaşıyıcısı Gulf Air də açıqlama yayaraq, sərnişinlərə bilet dəyişiklikləri və geri qaytarılma prosedurlarında güzəştlərin tətbiq olunacağını bildirib. Sərnişinlərə tövsiyə olunur ki, uçuş detalları ilə bağlı aviaşirkətlə birbaşa əlaqə saxlasınlar.